Gəncədə avtomobil piyadanı vurub

Gəncədə avtomobil piyadanı vurub

3 Dekabr 2014 14:05
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün səhər saatlarında Gəncədə baş verən yol-nəqliyyat qəzasında ölən qadının kimliyi məlum olub.

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında şəhərin Tağı Aranı küçəsində qeydə alınıb. Şəhər sakini, 1991-ci il təvəllüdlü Kamil Şirinov yolu keçmək istəyən piyada, Samux rayon Qarayeri qəsəbə sakini, 1958-ci il təvəllüdlü İsmayılova Dünyaxanım Məmməd qızını vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Mediainfo.az