Abdulla Gülün xanımı tələbə oldu

Abdulla Gülün xanımı tələbə oldu

3 Dekabr 2014 13:36
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin sabiq prezidenti Abdulla Gülün həyat yoldaşı, ölkənin keçmiş birinci xanımı Hayrunisa Gül Boğaziçi Universitetinə qəbul olub.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bundan öncə ali məktəbə qəbul olunsa da hicaba görə təhsil ala bilməyən keçmiş birinci xanım "İkinci bahar" proqramından yararlanıb. Belə ki, Boğaziçi Universiteti ilə Harvard Universitetinin orta yaşlıların ali təhsil alması üçün həyata keçirdiyi bu proqramın sayəsində H.Gül "İncəsənət" və "Psixoogiya" sahələri üzrə təhsil alacaq. "Öyrənməyin yaşı yoxdur. İnsan dünyaya daim oxumaq və özünü inkişaf etdirmək üçün gəlir", – deyə Hayrunisa Gül bildirib.

Sabiq birinci xanımın dərsləri noyabrın 18-dən başlayıb və həftədə iki dəfə keçirilir. O özünə qarşı hər hansısa ayrı-seçkilik edilməməsini də tələb edib. Bu proqramı tamamlayacağı təqdirdə Hayrunisa xanım həm Boğaziçi Universitetinin, həm də kiçik oğlu Mehmet Emre Gül kimi Harvard Universitetinin sertifikatını alacaq.

Mediainfo.az