Sabah 3-6 dərəcə isti olacaq

Sabah 3-6 dərəcə isti olacaq

3 Dekabr 2014 12:57
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 4-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək, günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 3-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 4-də gündüz yağmursuz hava şəraiti gözlənilir. Səhər saatlarında bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir.

Mediainfo.az