Cəbhə bölgəsində hazırlıq yoxlanılır

Cəbhə bölgəsində hazırlıq yoxlanılır

3 Dekabr 2014 12:43
418
Bəyəndim (0) Bəyənmədim (0)

Cəbhə bölgəsindəki qoşunların yeni tədris ilinə hazırlığı yoxlanılır. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Silahlı Qüvvələrin yeni tədris ilinə hazırlığı yoxlanılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir. Yeni tədris ilinə hazırlıq məqsədilə keçirilən kompleks tədbirlər çərçivəsində bütün birlik, birləşmə və hərbi hissələrin döyüş qabiliyyəti, maddi-texniki-tədris bazasının vəziyyəti və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatı, şəxsi heyətin mənəvi-psixoloji durumu, nizam-intizamı və sosial şəraiti yoxlanılır.

Mediainfo.az