Narkotik alverçisi həbs edildi

Narkotik alverçisi həbs edildi

2 Dekabr 2014 17:24
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Nəsimi rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin Narkotiklə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1980-ci il təvəllüdlü Hacıməmməd Məmmədov tutulub. Ondan 473 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Mediainfo.az