Moskvada azəri biznesmen oğlunun son qurbanı da öldü

Moskvada azəri biznesmen oğlunun son qurbanı da öldü

2 Dekabr 2014 17:21
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada yaşayan azərbaycanlı biznesmenin 24 yaşlı oğlu Vaqif Mirzəyevin törətdiyi qəzanın son qurbanı da bu gün ölüb.

Mediainfo.az Rusiya KİV-nə istinadən xəbər verir ki, "BMW M5" markalı avtomobilini saatda 200 km sürətlə idarə edən Mirzəyev və onun iki sərnişininin yanaraq öldüyü qəzada maşınında olan 21 yaşlı Darya Dyadyura adlı gənc qadın isə onurğa sütununun sınığı və yanıq diaqnozu ilə xəstəxanaya aparılmışdı. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər və gənc qız bu gün dünyasını dəyişib.

Qeyd edək ki, qəzadan sonra hüquq-mühafizə orqanlarından olan mənbə bildirib ki, məhkəmə qərarı ilə Mirzəyevin hələ bir il əvvəl 2 il müddətinə sürücülük vəsiqəsindən azad edilməsi ilə bağlı qərar vermişdi. Lakin məhkəmə qərarına baxmayaraq, yüksək sürətlə avtomobil idarə edən biznesmen oğlu özü də daxil olmaqla 4 nəfərin ölümünə səbəb olub.

Mediainfo.az