Sürücü maşını polisin üstünə sürüb

Sürücü maşını polisin üstünə sürüb

2 Dekabr 2014 17:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Yasamal rayonunda sürücü yol polisinə ağır xəsarət yetirib.

Bu barədə vesti.az-a Yasamal Rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, metronun "20 Yanvar" stansiyasının yaxınlığında Dövlət Yol Polisinin əməkdaşı, serjant Qarayev Müşfiq Əsəd oğlu yol hərəkət qaydalarını pozan "Mercedes" markalı avtomobilin sürücüsü, Masallı rayon sakini Səfərov Fuad Maarif oğlunu saxlayıb.

Polis müfəttişi inzibati protokol tətbiq etmək istəyib. Lakin Səfərovun tanışı, 50 CF 294 dövlət nişanlı digər "Mercedes" markalı avtomobilin sürücüsü 1991-ci il təvəllüdlü Səmədov Elvin Xeyrəddin oğlu öz maşınından düşmədən münaqişə vəziyyəti yaradıb və polis əməkdaşı ilə mübahisəyə başlayıb.

Bundan sonra Səmədov avtomobili hərəkətə gətirərək yol polisinin üstünə sürüb. Hadisə nəticəsində sol ayağından ciddi xəsarət alan polis Respublika Klinik Xəstəxanasına çatdırılıb.

Hər iki şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az