Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

Qəzaya uğrayan təyyarənin qalıqları tapıldı

2 Dekabr 2014 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə qəzaya uğrayan F-16 hərbi təyyarənin qalıqları tapılıb. Məlumata görə, Çorumun Mecitözü rayonuna düşən hərbi təyyarənin qalıqları toplanıb. Ərazidə yaşayan vətəndaşlar təyyarənin tapılması istiqamətində axtarış əməliyyatını və toplanmasını diqqətlə izləyiblər. Təyyarədən paraşütlə tullanan pilotun kimliyi də məlum olub. Bu pilot hərbi Hava Qüvvələrinin baş leytenantı Əli Bekedoğdudur.

Onun vəziyyətinin yaxşı olduğu bildirilir.

Mediainfo.az