"Atlas Medical Center”  klinikasının fəaliyyətii dayandırılıb

"Atlas Medical Center” klinikasının fəaliyyətii dayandırılıb

2 Dekabr 2014 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət göstərən özəl klinikalardan birinin fəaliyyətini dayandırıb.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ildirib ki, "Atlas Medical Center"-də tibb xidmətlərinin təşkili zamanı tibbi tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Onun sözlərinə görə, nazirliyə "Atlas Medical Center"-in lisenziyasında nəzərdə tutulmayan - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə siqnal daxil olub: "Yoxlama nəticəsində təsdiq olunub ki, həmin tibb mərkəzində lisenziyada nəzərdə tutulmauan qanunsuz ginekoloji və doğuşayardım xidmətləri göstərilir. Bundan əlavə, yoxlama nəticəsində başqa qüsurlar da aşkarlanıb. Bunun nəticəsində Səhiyyə Nazirliyinin komissiyası tərəfindən özəl klinikanın fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb".

Mediainfo.az