Dələduzun hökmü dəyişdirilib

Dələduzun hökmü dəyişdirilib

2 Dekabr 2014 15:45
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Təyyar Məmmədovun barəsində olan hökmdən istintaq orqanın verdiyi vəsatət əsasında məhkəmə prosesi başa çatıb.

Məlumata görə, prosesdə elan olunan qərara əsasən, onun barəsində 4 min manat cərimə cəzası təyin edilib. Qeyd edək ki, T. Məmmədov Həsən adlı yaxın tanışından 4500 manat borc alıb. Sonradan borcunu qaytarmayıb.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə isə T. Məmmədova bəraət verilib. Məhkəmə onun cinayətinin sübuta yetirilmədiyi qənaətinə gəlib. Hökmdən narazı qalan dövlət ittihamçısı isə apellyasiya protesti ilə məhkəməyə müraciət edib.

Mediainfo.az