Milyarder işçilərinə 2 milyon dollar bonus verdi
"Henderson Land Development" developer şirkətinin rəhbəri Li Shau Kinin altıncı nəvəsinin dünyaya gəlməsi münasibətilə işçilərinə 2 milyon dollar bonus verib. 1500 işçinin hər biri 1 285 ABŞ dolları (10 min Honq Konq dolları) bonus alacaq. 83 yaşlı Li Şau Kinin oğul nəvəsi oğlu Martinin və aktrisa Keti Çuyun ailəsində dünyaya gəlib. Cütlüyün daha 2 qızı var. Li Şau Ki "Forbes"in versiyasına əsasən milyarderlərin siyahısında 28-ci yeri tutur. Onun sərvəti 19 mlrd. dollar həcmində qiymətləndirilir. Ötən ilin oktyabrında o, böyük oğlu Li Çjaotszi - Piterin surroqat ana vasitəsilə 3 oğlan nəvəsinin doğulması münasibətilə də işçilərinə 10 minlik bonuslar paylayıb.
Allah Li Shauya çoxlu nəvə payı qismət eləsin. Bəlkə onda Çin əhalisinin vəziyyəti yaxşılaşdı.
Tofiq Əliyev
O.M.