Masazırda dəhşətli qəza

Masazırda dəhşətli qəza

2 Dekabr 2014 14:22
Bəyəndim (0) Bəyənmədim (0)

Abşeron rayonunun Masazır qəsəbəsində ağır yol qəza hadisəsi baş verib. Belə ki, Masazır qəsəbəsi, Əliağa Bahid prospektində 10 NT 994 dövlət nömrə nişanlı "Leksus" markalı avtomobil yolun kənarı ilə hərəkət edən velosipedçini vurub. Avtomobilin sürəti böyük olduğundan, velosipedçini vurandan sonra "Leksus" yarımçıq tikiliyə çırpılıb.

Velosipedçi başından ağır xəsarət alıb və dərhal yaxınlıqdakı poliklinikaya aparılıb.
Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.

Mediainfo.az