Sabaha olan hava proqnozu

Sabaha olan hava proqnozu

2 Dekabr 2014 13:26
Bəyəndim (0) Bəyənmədim (0)

Dekabrın 3-də Bakı və Abşeron yarımadasında hava şəraitinin soyuq, yağıntılı keçəcəyi, sulu qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Şimal-qərb küləyinin güclənəcəyi ehtimal olunur.

Havanın temperaturunun gecə və səhər 3 dərəcəyədək isti, axşama doğru isə 0 dərəcəyə yaxın olacaq.

Azərbaycanın rayonlarında dekabrın 3-də havanın fasilələrlə yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, bəzi yerlərdə 15 dərəcəyədək şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq.

Mediainfo.az