Ermənilər at oğurluqlarından əl çəkmirlər

Ermənilər at oğurluqlarından əl çəkmirlər

2 Dekabr 2014 13:21
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanın Ermənistanla sərhəd kəndi olan və azərbaycanlıların kompakt yaşadığı Yırğançay kəndində yerli sakinlərə məxsus 5-6 at yoxa çıxıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, atların Ermənistan sərhədçiləri tərəfindən oğurlandığı məlum olub. Hadisə barədə gürcü sərhədçilərinə məlumat verilməsinə baxmayaraq, hər hansı tədbir görülməyib.

Yırğançay kənd sakini İbrahim Kazımov APA-nın müxbirinə bildirib ki, erməni əsgərləri tərəfindən belə oğurluq hadisələri tez-tez baş verir: "Kəndin mal-qarası sərhədə yaxın yerlərdə otlayır və atlar, danalar və inəklər təsadüfən hasara alınmamış palçıqlı və gölməçə olan əraziyə yaxın düşən kimi erməni əsgərləri onları tutub o üzə keçirir və bir daha geri qaytarmırlar. Belə hadisələr keçən ilin yay və yaz aylarında daha çox baş verib. Bu il isə kənd sakinlərindən Valeh Çobanovun və digər sakinlərin atları oğurlanıb. Gürcü əsgərləri kənd sakinlərini neytral əraziyə buraxmırlar, məhz bu səbəbdən heyvanlar neytral əraziyə gedəndə qaytarmaq mümkün olmur. Erməni sərhədçiləri isə bu məqamdan istifadə edərək mal-qaramızı Ermənistana ötürürlər".

Mediainfo.az