NATO üsyançıları bombaladı

NATO üsyançıları bombaladı

7 Aprel 2011 16:58
Bəyəndim (0) Bəyənmədim (0)

NATO səhvən Liviyadakı üsyançıları bombalayıb. İnqilabçılardan ən azı 13 nəfərin öldürüldüyü bildirilib.

BBC müxbirinin verdiyi məlumata görə, NATO hava hücumları edərkən Qəddafi əleyhdarlarının bazasını da bombardman edib.

Üsyançılar baş verən hadisələrlə əlaqədar NATO-ya etiraz notası göndəriblər. BBC müxbiri yaralıların dərhal xəstəxanaya aparıldığını və xəstəxanada xaosun yarandığını bildirib.

O.M.