Milli Məclisin növbəti iclası dekabrın 16-a təyin edilib

Milli Məclisin növbəti iclası dekabrın 16-a təyin edilib

2 Dekabr 2014 12:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Milli Məclisinin növbəti iclası dekabrın 16-da baş tutacaq. İclasın gündəliyinə 30 məsələ daxildir.

Bura Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlər və bəyannamələr, bələdiyyələrlə bağlı bir sıra sənədlər, o cümlədən "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "İnformasiya vermək haqqında", "Yol hərəkəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Dərman vasitələri haqqında" qanunlara, İnzibati Xətalar, Su və Miqrasiya məcəllələrinə dəyişikliklər daxildir.

Mediainfo.az