Dələduza 9 il iş verildi

Dələduza 9 il iş verildi

1 Dekabr 2014 15:32
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Əliağa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Məlumata görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Ə. Məmmədov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Qeyd edək ki, bu ilin mart ayında Nəsimi Rayonunun polis əməkdaşları dələduzluqda şübhəli bilinən Əliağa Məmmədovu tutub. Ə. Məmmədov bir çox şəxsi aldadaraq onlardan külli miqdarda pul alıb.

Mediainfo.az