Dəhşət! Qatar kişini iki yerə böldü

Dəhşət! Qatar kişini iki yerə böldü

1 Dekabr 2014 15:05
Bəyəndim (0) Bəyənmədim (0)

Hadisə bu gecə Kürdəmirin Sığırlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hadisə noyabrın 30-da saat 23:30 radələrində rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1965-ci il təvəllüdlü Əflan Comərdov yaşadığı evin yaxınlığındakı dəmiryolu xəttini keçərkən qatar onu vurub.
Bədəni iki yerə bölünən Əflan Comərdov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Mediainfo.az