Venesuela həbsxanasında üsyan: 35 ölü

Venesuela həbsxanasında üsyan: 35 ölü

1 Dekabr 2014 14:45
Bəyəndim (0) Bəyənmədim (0)

Vensesuelada məhkumlar etiraz olaraq həbsxanada özlərini zəhərləyib. Türkiyə mətbuatının məlumatına görə, Lara şəhərindəki "David Viloria" həbsxanasında 35 məhbus dərman preparatlarından zəhərlənərək ölüb, 20 məhbus isə koma vəziyyətinə düşüb. Daha 145 məhbusun vəziyyətinin ağır olduğu bildirilir.

Həbsxananın direktoru Xulio Sesar Peres hadisə ilə bağlı olaraq işindən kənarlaşdırılıb və onun barəsində cinayət işi açılıb.

Məlumata görə, məhbuslar etiraz aksiyasına başlayandan sonra həbsxanadakı tibb məntəqəsini ələ keçiriblər. Onlar müxtəlif dərman preparatları qəbul ediblər.
Etiraza səbəb isə kameralardakı sıxlıqdır. Belə ki, 14 min məhbus üçün nəzərdə tutulmuş həbsxanalarda hazırda 50 mindən artıq məhbus yerləşdirilib.

Mediainfo.az