İran vətəndaşı qəzaya düşdü

İran vətəndaşı qəzaya düşdü

1 Dekabr 2014 14:25
Bəyəndim (0) Bəyənmədim (0)

Salyanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, Çuxanlı kəndində Xırdalan şəhər sakini Ağasahib Cananovun idarə etdiyi "Toyota" və Cəlilabad rayon sakini İman Ağayevin idarə etdiyi "VAZ-21154" markalı avtomobillər toqquşub. Sonradan idarəetməni itirən A.Cananov avtomobilini İran vətəndaşı Alı Ghasemin idarə etdiyi "Dongerug" markalı avtomobilə vurub. İ.Ağayev hadisə yerinə ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Mediainfo.az