Badamdarda yol 6 günlüyə bağlanır - FOTO

Badamdarda yol 6 günlüyə bağlanır - FOTO

1 Dekabr 2014 10:36
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda daha bir yolda təmir işlərinə başlanılıb. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə bildirilib.
Məlumata əsasən, Badamdar şosesinin Badamdar dairəsindən İzzət Nəbiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır.
Xatırladaq ki, bu gün Moskva prospektində (20 Yanvar dairəsindən Şamaxı yolu (Şamaxinka) istiqamətinə) aparılan təmir işləri yekunlaşdığı üçün nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Mediainfo.az