İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

İlham Əliyev rumıniyalı həmkarını təbrik etdi

1 Dekabr 2014 10:14
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev Rumıniya prezidenti Trayan Beseskuya təbrik məktubu göndərib. Dövlət başçısı rumıniyalı həmkarının Rumıniyanın milli bayramı - Birlik günü münasibətilə təbrik edib.

"Azərbaycanla Rumıniya arasındakı münasibətlər bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Ölkələrimizi və xalqlarımızı birləşdirən sıx dostluq əlaqələri bütün sahələrdə səmərəli əməkdaşlığımız üçün əlverişli zəmindir. Ümidvaram ki, Azərbaycan-Rumıniya dostluğu, qarşılıqlı əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətlərimiz bundan sonra da möhkəmlənəcək və genişlənəcək" - deyə məktubda bildirilir.

Mediainfo.az