"Nə olar, icazə verin qızlarım ölsün"

"Nə olar, icazə verin qızlarım ölsün"

22 İyun 2011 13:35
Bəyəndim (0) Bəyənmədim (0)

Hindistanda yaşayan Saba və Farah Şakel adlı yapışıq əkizlərin atası onların ölməsini istəyir. Başlarından yapışıq olan 15 yaşlı qızlarının çox zülm çəkdiyini söyləyən ata müalicə üçün pulu olmadığını və qızlarını bu halda görmək istəmədiyini bildirdi. Həftədə sadəcə 65 avro qazanan hindli ata 8 nəfərdən ibarət olan ailəsini dolandırmaqda çətinlik çəkir. 5 il öncə Abu-Dabi əmirliyinin vəliəhd şahzadəsinin köməyi ilə əməliyyat masasına kimi gələn əkizlər 20 faiz ölüm təhlükəsi ilə qarşı-qarşıya qaldıqları üçün ataları sənədə imzasını atmamışdı. Sonuncu qızların dəhşətli baş ağrıları olduğunu və danışıq qabiliyyətlərini gedərək itirdiklərini vurğulayır. Beyindəki vacib qan damarını paylaşan əkizlərin eyni zamanda böyrəyi də eynidir.

Burda deyiblər: "xeyirlə şər əkizdir"..

Günel Həbib

O.M.