Təmirlə əlaqədar qaz təchizatında fasilələr olacaq

Təmirlə əlaqədar qaz təchizatında fasilələr olacaq

22 İyun 2011 10:26
689
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün saat 10:00-da cari təmir işləri ilə əlaqədar olaraq 500 mm-lik "Qaradağ-Sumqayıt" və "Sumqayıt-Yaşma" qaz kəmərində təbii qazın təchizatı dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Müşfiqabad, Aşağı Güzdək, Daş Güzdək, Qobu, Ceyranbatan, Saray, Pirəküşkül, Qobustan, Çaylı kənd və qəsəbələrinə, Binəqədi rayonunun Çiçək qəsəbəsinə, Siyəzən rayonunun Zarat, Beşdam, Qara Siyəzən yaşayış məntəqələrinə və Sumqayıt şəhərinə mavi yanacağın verilişində fasilələr yaranacaq.

"Mavi yanacaq haqda qara xəbər"

Tofiq Əliyev

O.M.