Avtomobil işıq dirəyinə çırpıldı

Avtomobil işıq dirəyinə çırpıldı

22 İyun 2011 10:14
734
Bəyəndim (0) Bəyənmədim (0)

Nobel prospektində yol qəzası baş verib. Hadisə Nadir Yusifovun idarə etdiyi "QAZ 3110" markalı avtomaşınla, Süleyman Əliyevin idarə etdiyi "Volkswagen - Passat" markalı avtomobilin toqquşması nəticəsində qeydə alınıb. Toqquşmadan sonra "Volkswagen - Passat"ın sürücüsü idarə etdiyi avtomaşını yol kənarında quraşdırılan işıq dirəyinə də çırpıb. Zərbənin təsirindən işıq dirəyi aşaraq tamamilə yararsız vəziyyətə düşüb. Qəza zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb. Qəzanın baş vermə səbəbləri Xətai rayon dövlət yol polis şöbəsində aparılacaq araşdırmalardan sonra məlum olacaq.

İşıq dirəyi aşsa da polis qaranlıq məqamlara işıq salacaq.

Tofiq Əliyev

O.M.