KİVDF-nin yeni müsabiqəsi elan olundu

KİVDF-nin yeni müsabiqəsi elan olundu

21 İyun 2011 20:03
Bəyəndim (0) Bəyənmədim (0)
Qaliblər 1000 manat alacaqlar

KİVDF-nin rəsmi saytının yaydığı məlumat:

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 136 illik günü ilə əlaqədar keçiriləcək fərdi jurnalist yazılarının müsabiqəsinin

ELANI

1.

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi.

Azərbaycan jurnalistikası son 20 ildə: nailiyyətlər və perspektivlər


2.

İctimai və dövlət maraqlarının müdafiəsi.

Azərbaycan Respublikasında milli maraqların müdafiəsi dövlət siyasətinin prioritet istiqamətidir



3.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi.

Xalqların öz müqəddəratını təyin etmə hüququ ərazi bütövlüyü prinsipi çərçivəsində

(Beynəlxalq hüququn norma və prinsipləri)


4.

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin və mədəniyyətinin təbliği.

Müasir dövrdə yas və toy mərasimlərimiz: biz hara gedirik?


5.


İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi

İKT: qısa dövrün böyük nailiyyətləri

6.

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi

Gənc nəsil müasir və güclü Azərbaycan uğrunda


7.


Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

Azərbaycan regionları dünən və bu gün



8.


Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi

Hamımızın bir doğma evi var: Azərbaycan


9.


Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi

Azərbaycan - dinlərin qovuşduğu tolerant məkan


10.

Elm və təhsilin inkişaf etdirilməsi

Elmin, təhsilin və iqtisadiyyatın birliyi inkişafın mühüm şərtidir


Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" ilə müəyyən edilmiş dövlət dəstəyinin prioritet sahələrinə uyğun olaraq aşağıdakı istiqamətlər üzrə jurnalist yazılarının müsabiqəsini elan edir:

Müsabiqədə iştirak

Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində fasiləsiz işləyən şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunan yazılara aid tələblər

1. Yazı Fond tərəfindən elan edilmiş mövzulardan birinə uyğun olmalıdır.

2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.

3. Yazı son bir ildə həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı"ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

4. Yazı Azərbaycan dilində dərc olunmalıdır (xarici dildə nəşr olunan mətbuat orqanlarında dərc edilmiş yazılar Azərbaycan dilinə tərcümə olunmuş şəkildə Fonda təqdim edilməlidir).

5. Yazıda "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.

QEYD: Region mətbuatında çalışan jurnalistlər öz yazılarını işlədiyi region mətbuatında və ya müsabiqənin qaydalarında nəzərdə tutulan digər mətbu orqanlarda dərc edə bilərlər.

Tələb olunan sənədlər

1. Əmək kitabçasının işlədiyi KİV tərəfindən təsdiq edilmiş surəti.

2. Şəxsi VÖEN və surəti.

3. Şəxsi bank rekvizitləri.

4. Şəxsiyyət vəsiqəsi və surəti

Tələb olunan sənədlər tam olmadığı və ya həqiqəti əks etdirmədiyi hallarda yazı müsabiqəyə buraxılmır.

Müsabiqəyə təqdim olunmuş yazıların qiymətləndirmə meyarları:

- mövzuların əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

- materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

- yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

- jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

- ictimai maraqların müdafiəsi.

Hər mövzu üzrə 3 qalib müəyyən edilir; 2 qalib yeri respublika ərazisində yayılan qəzetlərin jurnalistləri, 1 qalib yeri isə region mətbuatında çalışan jurnalistlər üçün nəzərdə tutulub.

Hər mövzu üzrə maksimum 50 bal müəyyən olunur. 25-dən aşağı bal toplayan iştirakçı qalib ola bilməz.

Qaliblər Fondun xüsusi diplomu və 1000 (bir min) manat məbləğində pul mükafatı ilə təltif olunacaqlar.

Yazılar A3 formatda 1 səhifədən ( 9-11 min işarə) çox olmamalıdır.

Yazının dərc olunduğu mətbuat orqanı (1 nüsxə),

A4 formatda çap (3 nüsxə)

Elektron variant(Times New Roman 12 şriftində, diskdə) Fonda təqdim olunmalıdır.

Təqdim olunan yazılar və sənədlər geri qaytarılmır.

Nəticələr 22 iyul 2011-ci il tarixədək elan ediləcək.

Yazılar və sənədlər 18 iyun - 16 iyul 2011-ci il tarixədək rəsmi iş günləri saat 10.00-dan 16.00-dək Fonda şəxsən təqdim olunmalıdır.

İştirakçı haqqında məlumat (müəllif tərəfindən doldurulur):

1.

Yazının aid olunduğu istiqamət

1.

Adı, soyadı, atasının adı

1.

Mətbuatda təxəllüsü (əgər varsa)

1.

Ünvanı və poçt indeksi

1.

- iş telefonu

1.

- ev telefonu

1.

- mobil telefonu

1.

- elektron poçt ünvanı

Şəxsin imzası ________________

Sənədlərin təqdim olunma tarixi: "____"__________ 2011-ci il

Əlavə məlumat üçün Fondun ofisinə müraciət edə bilərsiniz:

Ünvan: Bakı şəhəri, Mətbuat pr., 529 m

Telefon: 537-19-41, 537-19-45.

www.kivdf.gov.az