Liviyada pilotsuz vertolyot vurulub

Liviyada pilotsuz vertolyot vurulub

21 İyun 2011 17:54
Bəyəndim (0) Bəyənmədim (0)

Liviya dövlət televiziyası NATO qüvvələrinə məxsus olduğu ehtimal edilən pilotsuz döyüş vertolyotunun qalıqlarını nümayiş etdirib. Liviya rəsmilərinin sözlərinə görə Apaçi vertolyotu paytaxt Tripolidən 135 kilometr şərqdəki Zlitan şəhərində vurulub. NATO rəsmiləri vertolyotun vurulduğunu təkzib etsə də, Liviya səmasında pilotsuz vertolyotun yoxa çıxdığı faktını təsdiqləyib. Liviya səmasında kəşfiyyat xidməti yerinə yetirən vertolyotun radarlardan yoxa çıxdığı bildirilir.

Yalançının şahidi yanında olar, deyiblər. Bu dəfə isə şahid yoxdur.

Tofiq Əliyev

O.M.