Media işçiləri bir yerə toplaşdılar

Media işçiləri bir yerə toplaşdılar

21 İyun 2011 16:35
Bəyəndim (0) Bəyənmədim (0)
Tədbir iyunun 23-25-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək

Azərbaycan Mətbuat Şurasından Oxumeni.az-a verilən məlumata görə, Şuranın rəhbəri Əflatun Amaşov "Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi" mövzusunda beynəlxalq konfransa qatılacaq. Tədbir iyunun 23-25-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.

Özbəkistan hökumətinin təşkilatçılığı ilə baş tutacaq tədbirdə Müstəqil Dövlətlər Birliyinin, eləcə də Avropanın media sahəsindəki nüfuzlu ekspertlərinin iştirakı nəzərdə tutulur. Konfransda medianın demokratik islahatlardakı yeri və roluna nəzər salınacaq, kütləvi informasiya vasitələrinin müasir bazar münasibətlərinə qoşulması yolları, bu istiqamətdəki problemlər müzakirə olunacaq. Toplantıda həmçinin regionda KİV-lərin inkişafına dövlət dəstəyinin təminatı ətrafında da fikir mübadilələri aparılacaq.

Azad söz danışıq dilindən asılı olmayaraq eynidir...

Hafiz Əhmədov

O.M.