20 yaşlı gənci ildırım vurdu

20 yaşlı gənci ildırım vurdu

21 İyun 2011 12:32
Bəyəndim (0) Bəyənmədim (0)

Goranboy rayonunda bədbəxt hadisə baş verib. Əslən Kəlbəcər rayonundan olan 20 yaşlı Nicat Yolçuyev iyunun 20-də meşədə müəmmalı şəraitdə ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Məlum olub ki, gənc oğlanın ölümünə təbiət hadisəsi səbəb olub. Şahidlərin dediklərinə görə, saat 18:00 radələrində qəflətən ildırım çaxıb. Həmin vaxt Nicat mal-qara otarırmış. Onlar Nicatın qəfil yıxıldığını görüblər. Rayon Prokurorluğundan N.Yolçuyevi ildırım vurmasını təsdiqləyiblər. Prokurorluqdan bildirilib ki, onun bədəninin müxtəlif hissələrində aşkarlanmış yanıqlar ildırım vurmaya xarakterikdir. Faktla bağlı araşdırma aparılır.

Buludlar toqquşanda ildırım çaxır. Sonra insanın göz yaşı da leysan yağış kimi yağır.

Tofiq Əliyev

O.M.