Seysmik aktivlik Azərbaycan üçün böyük təhlükədir

Seysmik aktivlik Azərbaycan üçün böyük təhlükədir

21 İyun 2011 14:19
621
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycan seysmik baxımdan çox təhlükəli zonada yerləşir", - bunu jurnalistlərə AMEA-nın Geologiya İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin müdiri Fəxrəddin Qədirov bildirib. "Ərəb piltəsinin hərəkəti nəticəsində davamlı olaraq sıxılma prosesləri gedir. Deformasiya prosesləri nəticəsində zəlzələlər, vulkan püskürmələri, yerdə yarıqlar, yeni çatlar əmələ gəlir. Bu isə Azərbaycan infrastrukturu, xüsusilə neft infrastrukturu üçün böyük təhlükə yaradır", - Qədirov deyib. O qeyd edib ki, institutun işinin bir hissəsi monitorinq aparmaq, geodinamik şəraitə nəzarət etməkdir. Digər istiqamət isə neft yataqlarında başqa seysmik metodlarla əmələ gələn zərərləri öyrənməkdir. "Azərbaycanda geodinamik vəziyyət o qədər də yaxşı deyil, bəzi ərazilər çox təhlükəlidir. Orada çox güclü deformasiya prosesləri gedir. Bəzi ərazilərdə uzaqda baş verən zəlzələlər hiss olunur. Bizim bəxtimiz gətirib ki, həmin ərazilərdə infrastruktur yoxdur", - Qədirov əlavə edib.

Onun sözlərinə görə, institutun əməkdaşları artıq 10 ildir ABŞ ekspertləri ilə birgə tədqiqatlar aparırlar.

Təhlükəni gözləmək təhlükədən daha qorxuludur.

Günel Həbib

O.M.