Yol Patrul Xidməti Alayının 13 əməkdaşı xidmətdən xaric olunub

Yol Patrul Xidməti Alayının 13 əməkdaşı xidmətdən xaric olunub

21 İyun 2011 11:38
864
Bəyəndim (0) Bəyənmədim (0)

Daxili işlər nazirinin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 13 əməkdaşı xidmətdən xaric olunub. Onlar yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətmiş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə təqsirli biliniblər. Habelə tabelikdəki əməkdaşların fəaliyyətinə nəzarət və tələbkarlığı zəiflətdiklərinə görə 1 tağım komandiri tutduğu vəzifədən azad edilib, həmin Alayın 4 vəzifəli şəxsi barəsində isə ciddi intizam tədbirləri görülüb.

Artıq tamah baş yardı.

Tofiq Əliyev

O.M.