Qəddafi hərbçilərinin bəziləri üsyançıların tərəfinə keçdi

Qəddafi hərbçilərinin bəziləri üsyançıların tərəfinə keçdi

21 İyun 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)
Amansız toqquşmalar davam edir

Liviyada qiyamçılarla Müəmmar Qəddafiyə sadiq olan qoşunlar arasında Misratadan 25 kilometr aralıqda olan Dafniya şəhərində amansız toqquşmalar baş verib. Qiyamçıların komandanının döyüş zamanı öldürülməsi barədə məlumat alınıb. Üsyançılar Qəddafi qoşunlarının artilleriya atəşinə cavab olaraq onlara qarşı raket vasitəsilə işə salınan qranatlardan və avtomatlardan istifadə edib. Döyüş Misrata şəhərində də davam edib.

Bəzi məlumatlara görə, daha çox hərbçi Liviya başçısı Müəmmər Qəddafinin ordusundan qaçaraq üsyançılara və Milli Keçid Şurasına sadiqliyini bildirib. Milli Keçid Şurasının verdiyi məlumata görə, əsgərlər üsyançıların tərəfinə şimali Liviyanın əksər hissəsi ilə həmsərhəd olan Çadın ərazisi ilə keçiblər. Qeyd edək ki, bundan əvvəl general Fuad əl-İdrisinin başçılığı altında 35 ordu zabiti "facebook" sosial şəbəkə vasitəsilə Qəddafinin ordusunu tərk edərək qiyamçıların sıralarına qoşulduqlarını bəyan etmişdilər.

Görünür, Qəddafini "sapı özündən olan baltalar" yıxacaq.

Tofiq Əliyev

O.M.