Qəbələyə turist axını davam edir

Qəbələyə turist axını davam edir

21 İyun 2011 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 15-də Qəbələ rayonunda turizm mövsümünə rəsmən start verilsə də, artıq mayın ortalarından başlayaraq turistlər Qəbələyə intensiv şəkildə axışırlar. İstirahət etmək üçün Qəbələyə gələn yerli və xarici turistlərin sayının ildən-ilə artdığı bildirilir. Bu gün Qəbələdə irili-xırdalı 100-dən artıq turizm obyekti fəaliyyət göstərir.

Son 7 il ərzində Qəbələdə müasir turizm obyektlərinin sayı 5 dəfə artaraq 16-ya çatıb. Gün ərzində bu obyektlərdə ümumilikdə 2500-ə yaxın qonağa restoran və hotel xidmətlərinin, eləcə də meşə gəzintisi, atla gəzinti, balıq ovu, qayıqla göldə gəzinti, rayonun görməli yerlərinə və tarixi abidələrinə səyahət xidmətlərinin göstərilməsi üçün imkanlar mövcuddur.
Ötən il Qəbələyə 30 min 150 turist gəlmişdisə, təkcə bu il yanvarın 1-dən iyunun 15-dək, yəni turizm mövsümünün başlandığı dövrədək rayona gələn qonaqların sayı 15 mini keçib. Xatırladaq ki, 2008-ci ildə Qəbələyə 14 min 630 turist, 2009-cu ildə 29 min 480 turist gəlmişdi.

Qəbələ həm qədimdən qədimdir, həm də müasirdən müasir...

Könül Aypara

O.M.