İsmayıllıda kampaniyaya başlanılıb

İsmayıllıda kampaniyaya başlanılıb

21 İyun 2011 11:28
Bəyəndim (0) Bəyənmədim (0)

İsmayıllı rayonunun dağətəyi və düzən ərazilərində taxıl biçini kampaniyasına başlanılıb. İlkin olaraq arpa biçilir. Cari il üçün rayonda 28 min 387,5 hektarda məhsul yetişdirilib. Zəmilərin 23 min 292,5 hektarı buğda, 5086 hektarı isə arpadır. Biçin hələlik rayonun Qubaxəlilli, Kəlbənd, Kürdmaşı və Gəraybəyli kəndlərinin ərazilərində aparılır. İlk günlərdən zəmilərə 14 kombayn çıxarılıb. Daha 31 kombayn start vəziyyətindədir. Kombaynlardan 18-i respublika "Aqrolizinq" ASC-nin İsmayıllı "Aqrotexservis" filialına məxsusdur.

Biçin kampaniyasının mütəşəkkil keçirilməsi məqsədi ilə mütəxəssislərdən ibarət xüsusi komissiya fəaliyyət göstərir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan bu komissiya yanğın və əmək təhlükəsizliyi qaydalarının gözlənilməsinə, texnikanın ahəngdar işinin təmin olunmasına, bu mühüm strateji məhsulun optimal müddətdə və itkisiz yığılmasına nəzarət edir, meydana çıxan problemlərin operativ həllinə yardım göstərir.
İyulun əvvəlindən rayonda dağlıq ərazilər də daxil olmaqla kütləvi biçinə başlanacaq. Rayonun taxılçıları biçin kampaniyasını vaxtında və itkisiz başa çatdırmaq əzmindədirlər.

Çörəyin isə çəkisi gün-gündən azalır...

Könül Aypara

O.M.