Bu günün hava proqnozu

Bu günün hava proqnozu

21 İyun 2011 10:51
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
Bakıda gecə 21-23, gündüz 28-30° isti olacaq.
Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət gecə 60-65, gündüz 40-50 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 18-23° isti, gündüz 30-35° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti təşkil edəcək.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 17-22° isti, gündüz 27-32° isti təşkil edəcək.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti təşkil edəcək, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gecə 19-24° isti, gündüz 30-35° isti təşkil edəcək.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 19-24° isti, gündüz 28-33° isti təşkil edəcək, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti olacaq.

Tibbi-meteoroloji proqnoz: yaxın 2 gün ərzində Abşeron yarımadasında güclü xəzri küləyi sərinlik yaratmaqla yanaşı bəzi meteohəssas insanlarda narahatlıq hissinə səbəb ola bilər.

Hava hər zaman üzünüzü güldürsün!

Günel Həbib