3 avtomobil toqquşdu

3 avtomobil toqquşdu

21 İyun 2011 10:45
749
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Suraxanı rayonu ərazisində üç avtomaşının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza zamanı Kirman İbrahimovun idarə etdiyi Hyundai" markalı avtomobil əvvəl yolun kənarında olan metal çəpərə çırpılıb, daha sonra "Toyota" və Kamaz" markalı avtomobillərlə toqquşub.

Qəza zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Hadisədən sonra qəza baş verən ünvana yol patrul xidmətinin əməkdaşları cəlb edilib. Qəzanın ilkin araşdırılması zamanı məlum olub ki, yol nəqliyyat hadisəsi yüksək sürət səbəbindən meydana gəlib.

Sürmə 100, yaşa 100.

Tofiq Əliyev

O.M.