Təyyarə qəzası nəticəsində 44 nəfər həlak olub

Təyyarə qəzası nəticəsində 44 nəfər həlak olub

21 İyun 2011 09:46
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya FHN informasiya idarəsindən verilən məlumata görə, Moskvadan Kareliya Respublikasının paytaxtı Petrozavodska uçan "Rusaero" şirkətinə məxsus Tu-134 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 44 nəfərə çatıb. Təyyarədə 52 nəfərin olduğu müəyyən edilib. Onlardan 47-si sərnişin, 5 nəfəri isə heyət üzvü imiş. Sərnişinlərin 8 nəfəri uşaq olub. 8 nəfər, o cümlədən 1 uşaq xilas edilib. Təyyarə hava limanına 1 km qalmış tarlada sərt eniş etməyə məcbur olub. Zərbədən təyyarənin gövdəsi dağılıb və təyyarə yanmağa başlayıb.

Təyyarə sərnişinləri mənzil başına çatdırmadı, son mənzilə yolladı.

Tofiq Əliyev

O.M.