Meksikalılar ölümdən qorxurlar

Meksikalılar ölümdən qorxurlar

7 Aprel 2011 15:54
Bəyəndim (0) Bəyənmədim (0)
Ölkədə hər gün naməlum cəsədlər tapılır

Meksikada təkcə bu il üç mindən çox adamın ölümünə səbəb olan narkotik problemi cəmiyyətin narahatlığına səbəb olmuşdur. Belə ki, son dəfə bir kütləvi məzardan 59 cəsəd çıxarılmışdı.

Dünən ölkənin dörd bir yanında təşkil edilən "zorakılığa xeyr" nümayişlərinə on minlərlə adam qatıldı.

Ölkədə can təhlükəsizliyinin olmamağına üsyan edən meksikalılar ötən ay 24 yaşlı oğlu ölən şair Havyer Siciliyanın çağırışı ilə bir araya gəldilər. Nümayişçilər 2007-ci ildə ABŞ-ın da dəstəyi ilə narkobaronlara qarşı müharibə elan edərək, dövlət başçısı Filipp Kalderona etiraz etdilər.

O.M.