Qəddafinin ən yaxın silahdaşının evi bombalanıb
NATO təyyarələri Liviyaya növbəti hava zərbələri endirib. Aviazərbələr nəticəsində 15 nəfər ölüb. Liviya hökumətinin nümayəndəsi ölənlərdən 3-nün uşaq olduğunu açıqlayıb. O, Müəmmar Qəddafiyə yaxın olan bir hökumət üzvünün Surman şəhərindəki iqamətgahına 8 raket atıldığını deyib. Nəticədə bina dağılıb. İqamətgahın 1969-cu il inqilabı zamanı Qəddafinin ən yaxın silahdaşı olmuş Xolidi Hemidiyə məxsus olduğu bildirilir.
Qəddafinin silahdaşının qəddini əydilər.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər