Şəhər və rayonlarda da taksi parkları yenilənəcək

Şəhər və rayonlarda da taksi parkları yenilənəcək

20 İyun 2011 15:55
708
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıdan sonra ölkənin iri şəhərlərində və rayonlarında da taksi parkları yenilənəcək. Nəqliyyat Nazirliyinin "Avtonəqliyyatservis" departamentinin xidmət rəisi Rauf Orucovun ANS TV-yə verdiyi məlumata görə, bölgələrdə qiymətlər Bakıdakı təcrübə əsasında müəyyənləşəcək. "Digər şəhər və rayonlarda gediş haqqı fərqli ola bilər. Bizə öncə Bakı şəhərində tətbiq olunan tariflər maraqlıdır. Burada sakinlərin rəyi də çox vacibdir. Biz bilməliyik ki, digər rayonlarda hansı tarifləri tətbiq edək", - deyə Rauf Orucov vurğulayıb. Qeyd edək ki, bu prosesə növbəti illərdə başlanacaq.

Bu sahənin inkişafı üçün sürücüləri də mütləq dəyişmək lazımdır.

Tofiq Əliyev

O.M.