Nə ABŞ, nə də Yaponiya...

Nə ABŞ, nə də Yaponiya...

20 İyun 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)
Dünyanın ən zəngin ölkəsi hansıdır?

"Global Finance" adlı jurnal tərəfindən yeni bir siyahı hazırlandı. Bu siyahıda dünya ölkələri adam başına düşən illik gəlirə görə sıralandılar. Birinci nə Amerika, nə Yaponiya, nə də başqa bir populyar ölkə oldu. "2010 Dünyanın ən zəngin ölkələri" siyahısının ilk pilləsində Qətər yer aldı. Adam başına düşən 90 min 149 dollarlıq gəliri ilə ölkə dünya nəhənglərini bu baxımdan geridə qoydu. Ərəb dünyasından ilk 20-yə Küveyt və Birləşmiş Ərəb Əmirlikləri girdi. 115 milyardlıq sərvəti ilə dünyanın ən böyük neft ehtiyatına sahib olan İraq isə sabitsizliyinə görə siyahıya 124-cü yerdən girə bilib. 182 ölkənin adı açıqlandığı siyahının sonu illik adam başına düşən 342 dollarlıq gəliri ilə Konqoya məxsusdur. Birinci və sonuncu ölkə arasında 263 qat fərq olduğuna diqqət çəkilib.


Qanunlar hörümçək toruna bənzəyir. Güclülər bu toru yırtıb çıxırlar, zəiflər isə ilişib qalırlar.

Günel Həbib