10 yaşlı uşaq avtobusların arasında qalıb, öldü

10 yaşlı uşaq avtobusların arasında qalıb, öldü

20 İyun 2011 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

İyunun 19-u saat 13 radələrində Bakının Binəqədi rayonunda bədbəxt hadisə baş verib. Qəsəbə sakini 10 yaşlı Firdovsi Quliyev Gəncə şəhər sakini İlham Poladovun idarə etdiyi 285 saylı marşrut üzrə hərəkət edən "Daewoo" markalı avtobusla, Sumqayıt şəhər sakini Mehbalı Əsədovun idarə etdiyi 165 saylı marşrut üzrə hərəkət edən "İveko-Otoyol" avtobusunun arasında qalıb. Ağır xəsarət almış F.Quliyev xəstəxanaya aparılarkən yolda ölüb.

İnsanları bir mənzildən digərinə aparan marşrut avtobus azyaşlı uşağı son mənzilə yolladı.

Tofiq Əliyev

O.M.