Fukuşimada atom bombası istehsal edilirdi?

Fukuşimada atom bombası istehsal edilirdi?

20 İyun 2011 12:55
880
Bəyəndim (0) Bəyənmədim (0)
Analitikin şok iddiası

"Japan Times Weekly"in eks baş redaktoru, analitik Yoiçi Şimatsu Fukuşima haqda qorxunc və şok iddiası ilə gündəmdədir. Onun sözlərinə görə, 11 martdakı sunami və zəlzələdən xeyli zərər görmüş Fukuşimada nüvə silahı var imiş. Məhz elə bu səbəbdən onunla bağlı bir çox məlumatlar sirr kimi saxlanılırdı. Stansiyada atom bombasının istehsalına cəhd göstərildiyini bildirən Yoiçi ortaya bir sıra faktlar qoyaraq, ictimaiyyəti bu günə qədər qane etməyən hesabatlara diqqət çəkdi. "Bundan başqa, hökumət tərəfindən idarə edilən və stansiyanın bərpasına məsuliyyət daşıyan TEPCO şirkəti radiasiya haqda xalqa bilgi verməməyinin səbəbi də atom bombası layihəsidir", - deyə analitik məlumat verdi.

Atom bombası xəbəri bomba kimi partladı...

Günel Həbib

O.M.