İstirahətdən qayıdan 2 ailə qəzaya uğradı

İstirahətdən qayıdan 2 ailə qəzaya uğradı

20 İyun 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba yolunun 162-ci km-də Nərimanovka kəndi ərazisində 3 nəfərin ölümü və 2 nəfərin yaralanması ilə nəticələnən yol qəzası baş verib. "Hundai Sonata" markalı avtomobil ağaca çırpılıb. Hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları gəlib. Ümumilikdə avtomobildə 9 nəfər olub, sürücü və qabaq oturacaqda əyləşən 3 sərnişin xəsarət almayıb. Xəstələrdən birinin reanimasiyada olduğu bildirilir.

Avtomobilin aşması 2 ailənin həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.