Gəlin maşını aşdı

Gəlin maşını aşdı

20 İyun 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu-Kürdəmir yolunun 6-cı kilometrində bədbəxt hadisə baş verib. Ağsunun Göy Dəlləkli kənd sakini, 1985-ci il təvəllüdlü Baxşıyev Ramil Bəybala oğlu tranzit nömrə nişanlı "Hyundai Sonata" markalı maşınla bəy və gəlini toy mərasiminin keçirildiyi şadlıq sarayından götürərək Göy Dəlləkli kəndinə apararkən yolda avtomobili aşırıb. Hadisə nəticəsində bəy - 1987-ci il təvəllüdlü Qacayev Zərbalı Nemət oğlu, gəlin - 1991-ci il təvəllüdlü Əliyeva Zeynəb Hafiz qızı, sürücü Baxşıyev Ramil və onun həyat yoldaşı - bəyin bacısı, 1989-cu il təvəllüdlü Baxşıyeva Şəlalə Nemət qızı müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Ağsu xəstəxanasına yerləşdirilib. Sürücünün 1 yaşlı oğlu Baxşıyev İbrahim hadisə yerindəcə dünyasını dəyişib. Yoldan çıxaraq 5 dəfə aşan maşında yanğın baş verdiyi üçün hadisə yerinə Ağsu və Kürdəmir yanğından mühafizə hissələrinin maşınları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Aşan maşın bəy və gəlinin həyatını alt-üst etdi.

Tofiq Əliyev

O.M.