Telman İsmayılovdan türk idmançılarına jest

Telman İsmayılovdan türk idmançılarına jest

18 İyun 2011 17:22
Bəyəndim (0) Bəyənmədim (0)

Boks üzrə Türkiyə milli komandası Avropa çempionatında uğurla çıxış edərsə, həmyerlimiz Telman İsmayılova məxsus 7 ulduzlu "Mardan Palace" otelində dincələcəklər. Bundan əlavə, yığmanın düşərgəsinə gələn Türkiyə Boks Federasiyası İcraiyyə Komitəsinin üzvü Mustafa Koçinoğlu qızıl medal qazanan idmançıları şəxsi hesabına Antalyaya aparacaq. Koçinoğlu yerli azarkeşləri boksçulara dəstək olmağa çağırıb: "Mən bu komandaya inanıram. Millimiz üçün azarkeş dəstəyinin böyük önəmi var. Paytaxt sakinləri bizi tək buraxmasınlar".

Günel Həbib