Ən güclü bilici Nabranda müəyyənləşdiriləcək

Ən güclü bilici Nabranda müəyyənləşdiriləcək

18 İyun 2011 15:34
990
Bəyəndim (0) Bəyənmədim (0)

Xəzər İntellektual Gənclər Klubunun Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi "Universitet liqası" layihəsi davam edir. Layihə çərçivəsində növbəti ikigünlük turnir bu gün keçirilir.
Bilicilər güclərini fərdi oyun üzrə bilik yarışmasında sınayacaqlar. Yarış bu dəfə Bakının mərkəzində deyil, Azərbaycanın əsrarəngiz guşələrindən biri olan Nabranda təşkil olunacaq. Fərdi oyun üzrə suallar toplusunun müəllifi "Diplomat" komandasıdır. Bilicilər turnirin qeyri-rəsmi hissəsində "Nə? Harada? Nə zaman?" oyunu üzrə də biliklərini sınayacaqlar.
İki gün ərzində iştirakçılar həm öz biliklərinin səviyyəsini yoxlayacaq, həm də istirahət edəcəklər. Yarışın sonunda turnirdə ən güclü bilicinin adı məlum olacaq.

XİGK 2001-ci ildə yaradıllb. Klubun yaradılmasının məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. Xəzər İntellektual Gənclər Klubu hazırda Bakı Dövlət Universitetində, Azərbaycan Tibb Universitetində və Bakı Slavyan Universitetində fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur. Klub 10 illik yubileyini qeyd edir və bu il təşkil olunan bütün yarışlar bu tarixin qeyd olunmasına yönəldildilib.

Günel Həbib