Çimərliklərdə qoyulmuş qadağalara riayət etmək lazımdır!

Çimərliklərdə qoyulmuş qadağalara riayət etmək lazımdır!

18 İyun 2011 15:25
720
Bəyəndim (0) Bəyənmədim (0)

İnsanların dəniz, göl və çayların sahillərində təhlükəsiz istirahətini təmin edən Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti çimərliklərdə vətəndaşları müvafiq davranış qaydalarına riayət etməyə çağırır.
Nəzarətsiz ərazilərdə çimmək, suda üzən nəqliyyat vasitələrinə yaxınlaşmaq, çimmə zonasının işarələnmiş sərhədlərini keçmək, çimərlik ərazisini və suyun dibini zibilləmək, uşaqları nəzarətsiz qoymaq, qayıqların, skuterlərin sərxoş şəxslərə verilməsi, çimmə zonasında balıq ovlamaq qadağandır.
Bununla əlaqədar hazırlanmış qaydalarda deyilir: Sərxoş halda çimərliyə getmək və çimmək, qadağan edilmiş ərazilərə üzgü vasitələri ilə daxil olmaq təhlükəlidir. 13 yaşdan aşağı uşaqlara çimərlikdən yalnız valideynlərin və böyüklərin müşayiəti ilə istifadə hüququ verilir. Xilasetmə məntəqəsinin, xilasetmə texnika və avadanlığın, habelə xilasedicilərin olduğu yerlərdə çimmək lazımdır. Xəbərdaredici nişanların və lövhələrin tələblərinə riayət etmək olduqca vacibdir. Hər bir vətəndaş insanların sularda təhlükəsizliyini qoruyan Xilasetmə Xidməti əməkdaşlarının çağırışlarına və tələblərinə riayət etməlidir!

Könül Aypara