Qasırğanın yaratdığı fəsadlar aradan qaldırılmaqdadır

Qasırğanın yaratdığı fəsadlar aradan qaldırılmaqdadır

18 İyun 2011 14:52
844
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Şimali Osetiya bölgəsi güclü qasırğadan sonra özünə gəlməyə çalışır. Təbii fəlakətdən ən çox Ardon rayonu zərər çəkib. Burada fövqəladə vəziyyət rejimi tətbiq edilib. Leysan yağışlar bəzi yerlərdə şimşək çaxması ilə müşayiət olunub. Güclü külək evlərin dam örtüyünü uçurub, ağacları kökündən qoparıb, elektrik enerjisi naqillərini qırıb.

Aerodromlardan birində qasırğa təyyarələri ətrafa səpələyib, onları saxlayan polad troslar güclü küləyə tab gətirməyib. Onlardan bəziləri istifadəyə yararsız hala düşüb. Qasırğadan zərər çəkmiş qəsəbələrdə kəsilmiş qaz təchizatı artıq bərpa edilib. Elektrik enerjisinin bərpası istiqamətində işlər görülür.

Günel Həbib