Ermənilər bu gecə də Azərbaycan bölgələrini atəşə tutublar

Ermənilər bu gecə də Azərbaycan bölgələrini atəşə tutublar

18 İyun 2011 13:40
Bəyəndim (0) Bəyənmədim (0)


Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Ermənistan silahlı qüvvələrinin bölmələri iyunun 17-də saat 20.45-dən 21.00-dək Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə, saat 23.45-dən 23.50-dək və 23.55-dən 00.55-dək Füzuli rayonunun Aşağı Seyidəhmədli və Qaraxanbəyli, iyunun 18-də saat 00.50-dən 1.10-dək və 2.20-dən 2.30-dək Ağdam rayonunun Cəvahirli və Qaraqaşlı, saat 2.45-dən 3.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 1.20-dən 1.35-dək Ermənistanın İcevan rayonunun Vozaşen və Ayqovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Bala Cəfərli kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutulub. Xəsarət alan yoxdur. Düşmən cavab atəşi ilə susdurulub.

Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü...

Günel Həbib

O.M.